Göylərdə baş verənlər bizə təsir edirmi? - MÜZAKİRƏ
16:03 – 01 Fevral, 2018

Bir neçə gün bundan əvvəl ay tutulması ilə bağlı məlumatlar yayıldı və deyildi ki, bu hadisəni müşahidə etməyimiz mümkündür. Ümumiyyətlə istər səmada, istərsə də yerə baş verənləri insanlar həmişə həyəcanla qarşılayır, hətta psixoz vəziyyətinə düşürlər. APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışında təbiət hadisələrindən danışılıb.

Fizika-riyaziyyat elmləri namizədi, dosent Naqif Nəbiyevin sözlərinə görə  dünyanın, kainatın dəqiq riyazi modeli olsa da, eksperimental baza imkan vermir ki, dünyanın yaranması, inkişafı və sonunun necə olacağı barədə dəqiq fikir söyləyək: “Dünyanın vahid modelini də qura bilməmişik”. N.Nəbiyev deyib ki, qiyamət ssenarilərinin əksəriyyəti asteroidlərin yerə düşüb, onu dağıtması ilə bağlıdır. Alim bununla belə yenidən “Böyük Partlayış”ın baş verəcəyini istisna etmir.

Psixoloq Elnur Rüstəmov deyib ki, fövqəladə vəziyyətlərdə ilk növbədə soyuqqanlılığı qoruyub saxlamaq lazımdır: “Bir məqamı nəzərə almaq lazımdır. Psixoloji dəstək könüllü bir şeydir. O məcburi deyil”. Psixoloqun sözlərinə görə təbiət hadisələrinə insanların psixologiyasına birbaşa təsir göstərir: “Biz həmişə göyə baxırıq, oradan gələnləri də Allahın qəzəbi, yaxud lütfü kimi qəbul edirik”.  Yuxu məsələsinə toxunan Elnur Rüstəmov deyib ki, bu hər kəsin həqiqətinə bağlıdır

Psixoterapevt Firdovsi Əliyev hesab edir ki, yeni məlumat həmişə qorxu yaradır: “Amma biz sonra ona alışırıq, hissizləşmə prosesi gedir, təşviş azalmağa başlayır”. Qarışıq yuxulardan danışan F.Əliyevin sözlərinə görə yuxuda istifadə etdiyimiz materiallar əslində öz beynimizə məxsuddur: “Yuxu zamanı çəkilən funksional MRT-lərdə beynin aktivliyi oyanıq olan vaxtı ilə haradasa eynidir”.  

APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT