Biz yumorda kimdən üstünük? - MÜZAKİRƏ
15:57 – 02 Fevral, 2018

"Stand-up"-ın millisi olurmu? Azərbaycan tamaşaçısı "Afaq gülür-güldürür"dən niyə adlaya bilmir? Düşündürən gülüş nədir? APA TV-nin "2+2" layihəsinin növbəti buraxılışında bu mövzu geniş şəkildə müzakirə olunub.

 

Aktyor Fərda Xudaverdiyev hesab edir ki, bu gün yumor çox ucuzlaşıb, populyar olmaq asanlaşıb: "Mən heç vaxt o kütlənin arxasınca getməmişəm". Aktyor özünü "KVN" məktəbinin davamçısı hesab edir: "Biz "KVN" məktəbindən gəlmişik. O gənclərin hər şeyə gülməsinin səbəbi, bəlkə də KVN-nin olmamağıdır. Çünki "KVN" beynimizi avtomatik işlədirdi".  Fərda Xudaverdiyevin sözlərinə görə müəyyən səbəblərdən Azərbaycanda "stand-up"ı, janrın tələblərinə uyğun olaraq təqdim edə bilmirlər.  

 

Fərda Xudaverdiyev bir neçə vaxt bundan əvvəl təqdim etdiyi və sosial şəbəkələrdə mübahisələrə və tənqidlərə səbəb olan "stand-up"ı barədə danışıb, tənqidlərə münasibət bildirib. Aktyor onu tənqid etmiş aparıcı Şəhriyar Del Geraniyə üzünü tutaraq belə deyib: "Sənin o tənqidin çox yersiz idi. Siz mənim işimi bir qırağa qoymuşsunuz, məni kimisə parodiya eləyən adam kimi göstərmişsiniz. Sadəcə "like" yığmaq üçün, şərhlərinin seçilməsi üçün etmişsən onu, amma haqsız davranmışsan".  

 

"Komedi Bakı" layihəsinin rəhbəri Mürsəl Mahmudov isə hesab edir ki, Azərbaycan tamaşaçısı zala gülmək üçün deyil, səhv tutmağa gəlir: "Sən əgər yumorun inkişafını istəyirsənsə, hansısa töhfəni bu yaradıcılığa, inkişafa verməlisən. Sən gəlib bilet almaq istəmirsən, kinoteatra gəlib istəmirsən ki, kinoçəkən qazansın. İstəyirsən ki, ona internetdən baxasan, sonra da deyirsən ki, internetdən verilən yumor səviyyəsizdir".

 

"2+2" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT