Tamaşaçılarımız televiziyalardan nə istəyir? - MÜZAKİRƏ
12:53 – 05 Fevral, 2018

Tamaşaçının hər hansı televiziya verilişinə maraq göstərməsi zövq məsələsidir.  Efir məkanımızda hansı verilişlərə maraq daha çoxdur? Tamaşaçıların televiziyalardan istədikləri nədir? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə olunub.

 

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu hesab edir ki, televiziya tamaşaçının istəklərinə tabe olmamalıdır: "Televiziya maarifləndirmə vasitəsidir, siz bunu inkar edə bilməzsiniz".  Reytinqlər məsələsinə toxunan Hikmət Babaoğlunun sözlərini reytinqləri ölçən AGB şirkətinin Azərbaycanda intellektual cəmiyyətin inkişafında marağı yoxdur.

 

Teleaparıcı Elçin Əlibəyli deyib ki, bu gün televiziyaları idarə edən reytinq cədvəlləridir: "Televiziyalar reytinqlərin əsarətindədir. Kitabdan qorxan bir xalqıq biz, oxumaq istəmirik, maariflənmək istəmirik. Efirdən də çal-çağır gözləyirik. Ağıllı heç nə gözləmirik. İntellektual veriliş olanda tamaşaçı ondan qorxur, həzm edə bilmir".  Teleaparıcının sözlərinə görə hər hansı əyləncəli verilişdə iştirak etmək üçün sponsorlar növbəyə dayanır.

 

Bakı Slavyan Universitetinin dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Mübariz Əhmədov deyib ki, bu gün tamaşaçıları daha çox sosial problemlərin həlli istiqamətində olan verilişlər maraqlandırır. "Reytinqlər nə dərəcədə düzgün hesablanır? " - M.Əhmədov reytinqlərə münasibət bildirərkən belə deyib.      

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT