"Drakon" və məktəb direktoru: kimdir müqəssir? - MÜZAKİRƏ
16:25 – 07 Fevral, 2018

Bir neçə gündür ki, sosial şəbəkələrdə 220 saylı məktəbdə baş verən hadisələrlə bağlı görüntülər yayılıb. Bu görüntülər ciddi müzakirələrə səbəb olub. Ümumiyyətlə tam orta məktəblərdə belə görüntüləri vaxtaşırı müşahidə etmək olar. Bu dəfə ziddiyyətin bir tərəfində "Dolu" filmindəki Drakon personajından tanıdığımız aktyor və rejissor Rza Rzayev, digər tərəfində isə 220 saylı məktəbdə direktor səlahiyyətlərini yerinə yetirən şəxsdir. "Drakon" və məktəb direktoru: müqəssir kimdir? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələ geniş müzakirə olunub.

 

Rza Rzayev baş verən hadisəni belə izah edib: "Ora gedəndə həmin hadisənin o formada baş verəcəyini bilmirdim. Sadəcə mən həmin direktor əvəzi ilə söhbət etmək istəyirdim və ona ailəmin yaxın üzvümün işdən çıxarılması haqqında ərizəni aparmışdım. Yəni baş verənlərə etiraz olaraq bizim ailə üzvü burada işləyə bilməz". R.Rzayev oradakı hərəkətlərinə haqq qazandırmaq fikrinin olmadığını deyib.

 

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə baş verən hadisə məktəblərdə mühafizə problemlərinin olmasından xəbər verir: "Orta məktəblərin direktorları ilə bağlı son dövrlərdə ciddi problemlər üzə çıxıb. Bu onu göstərir ki, müəyyən təlimlə keçmiş şəxslərə öyrədilən bilik və bacarıqlar standartlara cavab vermir. ".

 

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Adəm Məmmədov hesab edir ki, məktəb direktorunun bu məsələni ictimailəşdirilməsi düzgün deyil: "Gizli yolla çəkiliş aparma ona görə cinayət məsuliyyəti yaradır ki, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən subyektlərin fəaliyyətini kölgədə qoyur və fəaliyyəti həyata keçirməyə hüququ olan orqanların  səlahiyyətlərini mənimsəməkdir".  

 

Jurnalist İlqar Rəsulun isə münasibəti belə olub: "Rzanı çəkmək olmaz, məni çəkmək olmaz. Məni, bizi çəkmək olmaz. Yəqin ki, xəbərdarlıq edilməlidir. Tutaq ki, mənim üstümə gələn varsa, basqı olarsa, mənim haqqımdır ki, ora bir kamera yerləşdirim. Belə çıxır ki, Rza gedir yaxın adamının təəssübün çəkməyə, direktorun bütün nəslini təhdid edir".

 

APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT