Qaz təhcizatından razısınızmı?
17:38 – 07 Fevral, 2018

Yanvar ayından ölkə ərazisində qeyri-sabit hava şəraitinin hökm sürməsi paytaxtın bəzi ərazilərində qaz təchizatı ilə bağlı məsələni yenidən gündəmə gətirib. Abonentlər qazın təzyiqinin aşağı olmasından, bəzi yerlərdə isə ümumiyyətlə qazın olmamasından şikayətlənir. Vaxtaşırı bu kimi şikayətərin olmasının səbəbi nədir? Qaz təchizatı ilə bağlı məhdudiyyətlərin birdəfəlik aradan qaldırılması mümkündürmü? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında "Azəriqaz"" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bu və digər sualları cavablandırıb. 

 

İ.Kərbəlayev deyib ki, qaz təhcizatına tələbat artdıqca qaz xətləri gündəlik olaraq yoxlanılır: "Artıq havalar soyuduğundan bu günə qədər 28.625.000 kub metr təbii qazın verilişi tərəfimizdən təmin edilib. Təbii qaza olan tələbat artdıqca, təbii qazın da verilişi tərəfimizdən artırılacaq". Qurum rəsmisi deyib ki, istehlak olunan təbii qazın 52%-i Bakı və Abşeron rayonlarının payına düşür.

 

İbrahim Kərbəlayevin sözlərinə görə əgər sayğacda aşkar edilən qüsur zavod tərəfindən buraxılıbsa, bu zaman yeni sayğacın əvəzlənməsinə görə rüsum tələb olunmur. Qazlaşdırma məsələsinə toxunan  İbrahim Kərbəlayev deyib ki, qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi ödənişsiz şəkildə həyata keçirilir.

 

Qurum rəsmisi "Facebook" sosial şəbəkəsi vasitəsi ilə abonentlər tərəfindən ünvanlanan sualları cavablandırıb.    

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

 

X

XƏBƏRLƏR
BÖYÜT