Növbədənkənar prezident seçkilərinin səbəbləri - MÜZAKİRƏ
14:11 – 08 Fevral, 2018

Fevral ayının 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar Sərəncam imzaladı. Növbədənkənar prezident seçkiləri aprel ayının 11-ə təyin edildi. Bu Sərəncam həm mətbuatda, həm də sosial şəbəkədə geniş müzakirə olundu. Prezident seçkilərinin növbədənkənar keçirilməsinə səbəb nə idi? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələyə aydınlıq gətirib.

 

Millət vəkili Zahid Oruc deyib ki, prezident seçkilərinin növbədənkənar keçirilməsi hüquqi baxımından mübahisəyə səbəb ola bilməz. Millət vəkili səbəblərdən birinin 2025-ci ildə parlament və prezident seçkilərinin üst-üstə düşməsi ilə əlaqələndirib.

 

Zahir Oruc hesab edir ki, prezident seçkilərinin növbədənkənar keçirilməsi ilə bağlı verilmiş qərar, ABŞ ilə Rusiya arasındakı durumun şiddətinə indekslənmiş qərardır.  Millət vəkili həmçinin qeyd edib ki, İlham Əliyevin rəqibləri daxildəki qüvvələr deyil.  “Prezident bu seçkilərə xeyli dərəcədə yenilənmiş komanda ilə gedir” – Zahir Oruc belə deyib.

 

Politoloq Elxan Şahinoğlu hesab edir ki, növbədənkənar seçkilərin keçirilməsi müəyyən xarici təhlükələrlə bağlıdır: "Mənə görə əsas təhlükə xaricdən olub. Daxildən elə bir təhlükə yox idi. Strateji qərar idi. mart ayında Ermənistanda və Rusiyada seçkidir. Biz oktyabrda seçkini keçirsəydik, yenə də həmin mərkəzdə Azərbaycanda müəyyən proseslərə rəvac verə bilər".   

 

Elxan Şahinoğlu bu qənaətdədir ki, prezident seçkilərindən sonra Nazirlər Kabinetinin strukturunda müəyyən dəyişikliklər həyata keçirilməlidir: “Korrupsiya ilə bağlı ciddi addımların atılacağını düşünürəm. Oktyabrda seçki olsaydı, bu proses ləngiyə bilərdi”. 

 

 APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT