Hz.Fatimənin vəsiyyəti,İmam Əlidən son istəyi nə olub?
09:15 – 09 Fevral, 2018

Hz.Fatimənin üstünlüyünün səbəbləri...

Onunla bağlı ayə varmı?

Fatimə adının mənası nə deməkdir?

Xanım Zəhra nə üçün gizli dəfn olunmağını istəyib?

Niyə məzarının yeri məlum deyil?

 

“ Xanım Fatimeyi-Zəhra peyğəmbərimizin sevimli qızı olub. Onu Allah rəsulunun digər övladlarından üstün edən bir sıra səbəblər var”.

 

Bunu ilahiyyatçı Fərid Abdulla “Yaşıl orta” verilişində deyib. O  bildirib ki, Hz.Fatimənin peyğəmbərin həyatında xüsusi yeri olub: “Məhəmməd peyğəmbərin həyat yoldaşı Hz.Xədicə və əmisi Əbu-Talib dünyasını dəyişir. İki dəyərli və onu dəstəkləyən insanı itirməsi  rəsulillaha çox pis təsir edir. Hətta həmin ili hüzn ili də adlandırır. Çətin bir dönəm idi. Məkkə müşrikləri müsəlmanları iqtisadi blokadaya salmışdı. Bu qədər sıxıntının içində peyğəmbərin təsəlli tapdığı insan qızı Hz.Fatimə idi. Allah rəsulu anasız böyümüşdü. Xanım Zəhra  bir növ həm anasını, həm də Hz.Xədicəni  əvəz edirdi. Əbəs yerə deyil ki, xanım Fatimənin “peyğəmbərin anası” mənasını verən ləqəbi də var”.

 

İlahiyyatçının sözlərinə görə Hz.Fatimənin doğum tarixi ilə bağlı dəqiq məlumat yoxdur: “ O,  Məkkə şəhərində dünyaya gəlib. Amma doğum tarixi mübahisəlidir. Məsələn, bir mənbəyə görə xanım Fatimeyi-Zəhra atası peyğəmbərliyə seçilməzdən 5 il öncə dünyaya göz açıb. Digər qaynaqlara əsasən isə peyğəmbərlikdən 5 il sonra doğulub. Rəsulillahın övladları ilə bağlı da fərqli fikirlər mövcuddur. Ümumiyyətlə isə çoxluq peyğəmbərin 7 övladının olduğunu  qəbul edir. Bunların altısı xanım Xədicəyə, biri isə yəhudi zövcəsinə nisbət verilir”.

 

F.Abdulla qeyd edib ki, “Fatimə” ərəb toplumunda yayğın ad olub: “ Mənası qoparılıb ayrılmaq deməkdir. Belə izah olunur ki, xanım Zəhra məhz şərdən, pislikdən, cəhənnəmdən qoparılıb ayrılmışdır. Həmçinin bu ad  parıltı, parıldamaq anlamını da daşıyır”.

 

İlahiyyatçı xanım Fatimə ilə bağlı Quran ayələrini də sadalayıb: “Peyğəmbərin sevimli qızı ilə bağlı bir neçə ayə var. Onlardan biri “Kövsər”dir.Çünki ayədə deyilir ki, biz sənə kövsər əta etdik. Allah rəsulu Hz.Fatimə çox sevər və böyük dəyər verərdi. Hətta qızını o qədər dəstəkləyərdi ki, insanlar baxıb qibtə edərdilər”.

X

XƏBƏRLƏR
BÖYÜT