İran Qətərdəki ABŞ aviabazasını vuracağını açıqladı, 10 min əsgər hazır vəziyyətdə!
18:07 – 10 Fevral, 2018

Rəsmi Dəməşq Suriya səmasında vurulan İsrail qırıcısı ilə bağlı açıqlama yayıb.

 

APA TV-nin Türkiyə mətbuatına məlumatına görə, Suriya hərbi komandanlığı İsrailin İrana məxsus olduğunu iddia etdiyi və vurduğu PUA-nın İŞİD terrorçularına qarşı istifadə edildiyini bildirib.


Rəsmi Təl-Əvivin "hava sahəmizə müdaxilə edilib" bəyanatını yalan adlandıran Suriya tərəfi, bundan sonra da İsrailin bütün addımlarına cavab veriləcəyini bəyan edib.

Qeyd edək ki, bundan öncə İsrail hərbi komandanlığından ölkənin hava sərhədinin pozulduğu və buna cavab olaraq Suriya ərazisində İrana aid 12 hədəfin məhv edildiyi bildirilib. Baş verən hadisəyə görə İranın məsuliyyət daşıdığı bildirilən açıqlamada Tehranın son vaxtlar odla oynadığı və layiqli cavabını alacağı vurğulanıb.


Tehran rəsmiləri isə İsrailin iddialarını rədd edib. SEPAH generalı Hüseyn Səlami bütün bu deyilənləri yalan adlandıraraq, İsrailin Suriyaya təcavüz etdiyini deyib. Bununla yanaşı o bildirib ki, ölkəsi nəinki İsraili, hətta bölgədəki ABŞ aviabazalarını məhv etmək iqtidarındadır.

Bu arada ABŞ-ın Qətərdəki Əl Hudedi aviabazasındakı 10000 hərbçi hazır vəziyyətə gətirilib. Bu, Körfəz müharibəsindən sonra verilən ilk belə əmrdir.


Rusiya Xarici İşlər Nazirliyindən də baş verənlərə münasibət bildirilib. Rəsmi Moskvanın hadisələrdən ciddi narahatlıq keçirdiyi vurğulanır.

X

XƏBƏRLƏR
BÖYÜT