ABŞ-dan etiraf: Kürdlər Menbiçdən Afrinə keçib
12:25 – 12 Fevral, 2018

"PYD/YPG tərkibində Türkiyəyə qarşı döyüşən silahlıların çoxu başqa bölgələrdən Afrinə keçib". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu açıqlamanı Pe ntaqon rəhbəri Ceyms Mettis verib.


General bildirib ki, Suriya Demokratik Qüvvələrində təmsil olunan xeyli silahlı kürd də Afrinə gedib, bu isə ABŞ-ın dəstək verdiyi SDQ-nin İŞİD-ə qarşı mübarizəsinə mənfi təsir edir:

"Hazırda İŞİD-lə mübarizənin zəiflədiyi hiss olunur. Kürdlərin diqqəti Afrinə yönəlib".

Xatırladaq ki, bundan əvvəl ABŞ rəsmiləri SDQ-də və Menbiçdəki PYD/YPG qruplaşmasında təmsil olunan kürdlərin Afrinə keçəcəyi təqdirdə onlara dəstəyin kəsiləcəyini bildiriblər.


 

X

XƏBƏRLƏR
BÖYÜT