Havalar soyuyur: Bakıda yağış, bölgələrdə güclü qar yağacaq
13:25 – 12 Fevral, 2018

Bakıda və Abşeron yarımadasında fevralın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər arabir güclənən şimal küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında fevralın 13-də bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda  qar yağacağı, axşam ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

X

XƏBƏRLƏR
BÖYÜT