Əsəd Afrindəki kürd terrorçulara dəstək verməyə başladı
13:27 – 12 Fevral, 2018

"Rəsmi Dəməşq PYD/YPG ilə müttəfiqdir, Əsəd terror təşkilatına dəstək verir". APA TV-nin məlumatına görə, bu barədə "Reuters" yazıb.

 

Türkiyənin "Zeytun budağı" əməliyyatı başladıqdan sonra PYD/YPG-nin Bəşər Əsəddən dəstək istədiyi qeyd olunur. Suriya hökuməti əvvəlcə buna qarşı olsa da, sonradan terrorçuların digər bölgələrdən Afrinə keçməsi və silah daşıması üçün şərait yaradıb.

PYD/YPG-nin bir təmsilçisi isə Afrinə keçmək üçün müxtəlif yolların olmasına baxmayaraq, ən qısa və sərfəli yolun Əsəd qüvvələrinin nəzarətində olduğunu deyib.


Bu arada "Reuters"ə danışan, adı açıqlanmayan Suriya generalı terrorçulara yardım etdiklərini etiraf edib. PYD/YPG-nin Dəməşqə sığınmaqdan başqa çarəsinin olmadığını deyən hərbçi onların Afrinə keçməsi üçün yol verdiklərini etiraf edib.  
 

X

XƏBƏRLƏR
BÖYÜT