Orta məktəblərdə cinsi tərbiyə: nə etməli? - MÜZAKİRƏ
13:53 – 12 Fevral, 2018

Bir neçə gün bundan əvvəl Bakı məktəblərindən birində çəkilmiş, yuxarı sinif şagirdlərinin sevişmə səhnəsini əks etdirən görüntü sosial şəbəkələrdə sürətlə yayılmağa başladı.  Videoda olan yeniyetmələrdən daha çox, onun yayanlar daha çox qınandı.  Bəs yetkinlik yaşına çatmayanların tərbiyəsi necə qurulmalıdır? Orta məktəbin, valideynlərin və ümumilikdə cəmiyyətin burada rolu nə qədərdir? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə olunub.

 

"Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər hesab edir ki, həmin videonun yayımlanması qeyri-peşəkarlıq nümunəsidir. "Keçən dəfə bir xəbər çıxmışdı ki, həyat yoldaşı əlil olduğu üçün qaynı ilə əlaqədə olub. Bu kimi xəbərlər əslində bizim gələcəyimizə qoyulmuş minalardır. Biz bunları həvəslə oxuyuruq, həvəslə tirajlayırıq. Əslində cəmiyyətimizi şikəst edirik. Buna qarşı hər hansı cəza mexanizmi yoxdur".

 

Psixoloq-psixoterapevt Xanım Niftəliyevanın sözlərinə görə valideynlər əqli və psixoloji olaraq övladlarını düzgün yetişdirmirlər: "Uşağı ana bətnindən tərbiyə etmək lazımdır".  Psixoloq deyib ki, valideynlər övladlarına müdafiə çənbərini izah etməlidirlər: "Övladlarımıza öyrədirik, buradan bu tərəfə sənə kimlər toxuna bilər. Hətta 3, yaxud 5 yaşı varsa evimizə bir qız uşağımız, və yaxud ondan böyük qardaşı varsa, icazə istəmədən onu qucaqlayıb, ona sarılıb öpə bilməzsən".  

 

Professor, təhsil üzrə ekspert Şahlar Əsgərov yeni tərbiyə sisteminin qurulmasının vacibliyini qeyd edib: "Dörd yaşlı uşaq bağçaya getməlidir, yuxudan durur, deyir getmirəm. Şərq ailələri buna necə reaksiya verər, Qərb ailələri necə? Mən güman edirəm Şərq ailəsi yumşaq yerinə möhkəm vuracaq ki, dur geyin, gedək. Amma o birisi çalışacaq bunu izah eləməyə ki, bağçaya getmədiyinə görə çox şey itirirsən. Valideyn yüz cür inandırmalıdır ki, burada qalmaqdansa, getmək daha yaxşıdır".  

 

Jurnalist Gülnarə İlham da hesab edir ki, bu cür halların kökü ailədən valideynlərdən qaynaqlanır. O deyib ki, övladının cinsi tərbiyəsinə 3 yaşından başlayıb.  

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT