İsmayıllıda ana və qızı dəm qazından zəhərləndi
15:29 – 12 Fevral, 2018

İsmayıllıda bir ailənin iki üzvü dəm qazından zəhərlənib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı şəhərində qeydə alınıb.

 

Şəhər sakini, 1969-cu il təvəllüdlü Xatirə Arif qızı Əliyeva və anası, 1945-ci il təvəllüdlü Firuzə Qasım qızı Əliyeva hamam otağında su qızdırıcısının nasazlığı səbəbindən yaranan dəm qazından zəhərlənib. Hər iki qadın huşsuz vəziyyətdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Həkimlərin səyi nəticəsində onların həyatı xilas olunub.

 

Xatirə Əliyeva tibbi yardımdan sonra evə buraxılıb, anası Firuzə Əliyevanın müalicəsi davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

X

XƏBƏRLƏR
BÖYÜT