Türkiyə ordusu PYD-nin "qalasını" ələ keçirdi, tunellərdə gizlənən terrorçular şok etiraflar etdi
16:04 – 12 Fevral, 2018

"Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın şimalında məhv edilən PYD/YPG terrorçularının sayı 1369-a çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb.
Son əməliyyat zamanı daha 103 PYD/YPG və İŞİD terrorçusu zərərsizləşdirilib. Bundan əlavə onlara məxsus 15 hədəf hava zərbələri ilə dağıdılıb.
Türkiyə hərbçiləri PYD/YPG-nin "qalası" sayılan Bülbül qəsəbəsini tamamilə terrorçulardan təmizləyib. Sosial şəbəklərdə paylaşılan görüntülər rekord dərəcədə izlənilib.
Bununla yanaşı Afrinin başqa bir böyük yaşayış məntəqəsi sayılan Şeran qəsəbəsinin yaxınlığındakı Sərincək kəndi də ələ keçirilib. Bununla da terrorçulardan təmizlənən yaşayış məntəqələrinin sayı 49-a çatıb.
Əməliyyat zamanı sağ ələ keçirilən terrorçular isə vacib ifadələr verib. Onlardan biri dinc sakinlərin "məcburi əsgərlik" adıyla PYD/YPG-yə cəlb edildiyini, hətta 42 türk lirəsi dəyərində maaş təyin edildiyini bildirib.
Terrorçuların narkotik maddələr qəbul etdiyini deyən əsir, ölməmək üçün təslim olduğunu etiraf edib.
Bundan başqa Kastel Cindo kəndi yaxınlığında tuneldə gizlənən iki terrorçu da ələ keçib. Onlar evlərə basqın edildiyini, əli silah tutan hər kəsin toplandığını, bundan sonra Babatlı kəndi yaxınlığında təlimə aparıldıqlarını deyib.
 17 yaşlı başqa bir terrorçu isə ailəsindən məcbur edilərək ayrıldığını, əlinə silah verildiyini söyləyib. O, terrorçular arasında çoxlu əcnəbinin, Türkiyədən də xeyli kürdün gəldiyini, onların əsasən dəstələrə başçılıq etdiyini deyib.


 

X

XƏBƏRLƏR
BÖYÜT