4 günün gəlini zəhərlənərək öldü - ZAQATALADA FACİƏ
18:52 – 12 Fevral, 2018

Zaqatalada 4 günün gəlini zəhərlənərək ölüb. APA TV-nin məlumata görə, hadisə Suvagil kəndində qeydə alınıb.

 

Dörd gün əvvəl Gəncədən kəndə gəlin gələn 1994-cü il təvəllüdlü Naimə Zahid qızı Eminovanın vəziyyəti qəfildən pisləşib. O, dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, N.Eminova xəstəxananın reanimasiya şöbəsində ölüb.

 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA TV-yə bildirilib ki, N.Eminova xəstəxanaya daxil olarkən ona ilkin olaraq qida zəhərlənməsi diaqnozu qoyulub. Lakin ölümün səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib. Ekspertizanın rəyi açıqlandıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq.

 

Faktla bağlı Zaqatala rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

X

XƏBƏRLƏR
BÖYÜT