Polisin şübhəli bilib saxladığı maşında kabel oğruları ələ keçdi - AĞDAMDA
01:35 – 13 Fevral, 2018

Ağdamda kabel oğruları tutulub. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, onların ifşa edilməsi Ağdam rayon YPX əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində baş tutub.

Ağdam rayon sakini Atapur İsmayıl Məhərrəm oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil saxlanılarkən oradan müxtəlif ölçülərdə mis kabel aşkarlanıb. Ağdam polisinin apardığı araşdırmalar zamanı məlum olub ki, İ.Atapur bu işdə Ağcabədi rayon sakini Məmmədbağır Misirovla əlbir imiş. İşi araşdıran müstəntiq Vasif Məmmədovun sözlərinə görə, onlar birlikdə İmamqulubəyli, Quzanlı, Eyvazlı, Xındırıstan və Üçoğlan kəndlərində quraşdırılmış, Ağdam Mexaniki Suvarma İdarəsinin balansında olan 28 ədəd subartezian quyularının elektrik naqillərini kəsərək oğurlayıb:

"Oğurlanan mis kabelin bir qismi saxlanılan şəxslərin həyətindən maddi sübut kimi götürülsə də, bir qisminin Tərtər rayonunda yerləşən əlvan metalların qəbulu sexinə satdıqları müəyyən edilib".

Faktla bağlı araşdırmalar davam edir. Polis saxlanılan şəxslərin digər cinayətlərdə iştirakını da istisna etmir.

X

XƏBƏRLƏR
BÖYÜT