Astarada iki "Jiquli" toqquşdu - 2 ÖLÜ, 2 YARALI
01:37 – 13 Fevral, 2018

Astarada ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə zamanı iki nəfər dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, avtoqəza rayonun Vaqo kəndi ərazisində “VAZ 2106” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verib. Hadisə zamanı avtomobillərdə 4 nəfər olub ki, onlardan Miki kənd sakini, 54 yaşlı Cabbar Nəsirov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. Xəsarət alan “VAZ 2106” markalı avtomobilin sürücüsü Məmmədov Rasim Vaqif oğlu isə xəstəxanada keçinib.

Müxtəlif xəsarətlər alan Cəfər Nəzirov və Abbas Fərziyevin vəziyyəti isə orta ağır kimi qiymətləndirilir.

Yol qəzası ilə bağlı istintaq araşdırmaları aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT