2,5 kq tiryəklə tutulan Astara sakini: "İran vətəndaşından almışam"
01:39 – 13 Fevral, 2018

Astarada iki kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, fevralın 11-də Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xalıq Fəttayev Astara rayonunun Ərçivan qəsəbəsində saxlanılıb və üzərinə baxış keçirilib.

Bu vaxt X.Fəttayevin cibindən bir bükümdə çəkisi 19,895 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə onun evinə də baxış keçirilib. Polis əməkdaşları tərəfindən oradan əlavə olaraq 4 bükümdə 2,52 kiloqram narkotik vasitə olan tiryək aşkar edib. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

"Şübhəli şəxs qismində tutulmuş, dindirilərkən ifadəsində narkotik vasitələri qabaqcadan əlbir olduğu Şəhriyar adlı və istintaqla müəyyən edilməyən İran İslam Respublikası vətəndaşından qaçaqmalçılıq yolu ilə əldə etdiyini bildirib", - deyə işi araşdıran müstəntiq Ziya Rüstəmov qeyd edib.

Faktla bağlı cinayət işi başlanılıb.

X

XƏBƏRLƏR
BÖYÜT