Mixeil Saakaşvili Ukraynadan çıxarıldı - POLŞAYA GEDİB
08:42 – 13 Fevral, 2018

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Ukraynanı tərk edib. APA TV-nin UNİAN-a istinadən verdiyi xəbərə görə, M.Saakaşvili yerli vaxtla 16:00-da Kiyevdən Polşaya uçub.

Onun artıq Polşa ərazisində olduğu deyilir. Bu barədə Polşa Dövlət Sərhəd Xidmətindən bildirilib. Polşa Ukrayna hökumətinin müvafiq müraciəti əsasında M.Saakaşvilini qəbul edib.

Məlumata görə, M.Saakaşvilinin deportasiya yox, readmissiya edildiyi bildirilir.

Qeyd edək ki, readmissiya hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılmasıdır.

X

XƏBƏRLƏR
BÖYÜT