Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı vəfat edib
11:05 – 13 Fevral, 2018

Azərbaycanın böyük dramaturq və şairi Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı vəfat edib.

 

APA TV-nin məlumatına görə, Gülarə Cabbarlı ötən gecə təxminən 23:30 radələrində dünyasını dəyişib.

 

Gülarə Cabbarlı 1930-cu ildə anadan olub. 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi işləyib, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor təyin olunub.

 

Hazırda Cəfər Cabbarlının ev - muzeyinə Gülarə xanımın qızı Qəmər Bağırova rəhbərlik edir. 

 

Qeyd edək ki, fevralın 11-də Gülarə Cabbarlının 88 yaşı tamam olub.

Allah rəhmət eləsin!

X

XƏBƏRLƏR
BÖYÜT