Cənubi Afrika prezidentinə vaxt qoyuldu - İSTEFA VER!
11:14 – 13 Fevral, 2018

Afrika Milli Konqresi Cənubi Afrikanın prezidenti Ceykob Zumanı 48 saat ərzində istefa verməyə çağırıb.

 

APA TV-nin məlumatına görə, bu ultimatum İcraiyyə Komitəsinin 13 saatlıq görüşündən sonra elan edilib və C. Zuma qərar barəsində dərhal məlumatlandırılıb.

 

Bir qədər sonra konqres rəhbəri Siril Ramafosa danışıqların gərgin keçdiyini bəyan etməklə kifayətlənib, əlavə heç bir açıqlama verməyib.

 

Pretoriya sakinləri də prezidentin bu şərtlər altında fəaliyyətini davam etdirməsinin yolverilməzliyini, buna görə də dərhal istefa verməli olduğunu bildiriblər. Onlardan bəziləri prezidentin istefa verdikdən sonra törətdiyi cinayətlərə görə məhkəmə qarşısında cavab verməsini arzuladıqlarını deyib.

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT