Xalq artisti, məşhur qarmon ifaçısı vəfat etdi
13:41 – 13 Fevral, 2018

Respublikanın xalq artisti, mahir qarmon ifaçısı Kamil Vəzirov bu gün dünyasını dəyişib.

 

Bu barədə APA TV-yə xalq artisti, müğənni Gülyanaq Məmmədova məlumat verib.

Kamil Vəzirov uzun illər Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında çalışıb.

 

O, uzun müddətdir bir sıra xəstəliklərdən əziyyət çəkib və Respublika Klinik Xəstəxanasında müalicə alıb.

Qeyd edək ki, Kamil Vəzirov bu gün son mənzilə yola salınacaq.

X

XƏBƏRLƏR
BÖYÜT