Pentaqon PYD/YPG terrorçularına təlim keçəcək - 300 MİLYON DOLLAR AYRILDI
13:50 – 13 Fevral, 2018

"Suriyanın şimalında baş verənlərdən narahatıq, amma Türkiyənin qayğılarını və atdığı addımları da anlayışla qarşılayırıq". APA TV-nin məlumatına görə, bu sözləri ABŞ Dövlət Departamentinin rəhbəri Küveytdə İŞİD-lə mübarizə yollarının müzakirə edildiyi toplantıda bildirib.


Reks Tillerson əlavə edib ki, ölkəsi Suriyada İŞİD-dən təmizlənən bölgələrə əlavə olaraq daha 200 milyon dollar ayıracaq.

Bundan bir gün öncə isə Pentaqondan ABŞ-ın 2019-cu il büdcəsindən Suriyanın şimalındakı PYD/YPG tərkibində döyüşən silahlı kürdlərə təlim keçilməsi üçün 300 milyon dollar ayrılacağı bəyan edilib.

Reks Tillerson ABŞ-ın liderliyindəki beynəlxalq koalisiya qüvvələrinin Suriyada İŞİD-in məhv edilməsi istiqamətində əvəzsiz rol oynadığını deyib.

 

Xatırladaq ki, Reks Tillersonun Ankaraya da səfəri gündəmdədir.

X

XƏBƏRLƏR
BÖYÜT