Milli Məclis iki hakimin təyinatını təsdiqlədi
16:07 – 13 Fevral, 2018

Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV-nin xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 19 məsələ daxil edilib.

 

İclasında ilk olaraq “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

 

Bildirilib ki, qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə yeni - 9-cu bənd əlavə edilir. Yeni bəndə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur.

 

İclasda həmçinin Ramiz Rzayevin yenidən Azərbaycan Ali Məhkəməsinin hakimi təyin olunması məsələsinə baxılıb.

 

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Ali Məhkəmənin sədri Ramiz Rzayev uzun müddət nəinki məhkəmə sistemində, eləcə də prokurorluq orqanlarında peşəkar fəaliyyəti ilə daim nümunə göstərib, hüquq sisteminə ciddi töhfələr verib: “Buna görə də Məhkəmə-Hüquq Şurasının onunla bağlı qəbul etdiyi qərarı cənab prezident dəstəkləyib və Milli Məclisə təqdim edib”.

 

Bundan başqa, 2007-ci ildən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Qasım Vəli oğlu Əliyevin Naxçıvan MR Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ də MM-də təqdim olunub. Hər iki məsələ səsə qoyularaq qəbul olunub.

 

Digər qanun layihələri də millət vəkillərinin müzakirəsinə verilib.

 

X

XƏBƏRLƏR
BÖYÜT