PYD-nin yeni tunelləri aşkarlandı, terrorçuların beton baryerləri top atəşi ilə dağıdılır
17:31 – 13 Fevral, 2018

"Zeytun budağı" əməliyyatı çərçivəsində məhv edilən PYD/YPG terrorçularının sayı 1439-a çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri yayıb.

Son əməliyyat günü daha 70 terrorçu zərərsizləşdirilib.


Türkiyə-suriya sərhədinə isə yeni qüvvələr cəmlənir. Hatay ərazisinə ağır texnika yığan TSQ onlardan bir hissəsini Suriyanın şimalındakı Hassa qəsəbəsinə yollayıb.

Afrində nəzarətə götürülən ərazilərdə axtarış-təmizləmə işləri aparan hərbçilər PYD/YPG-yə aid böyük cəbbəxana aşkarlayıb.

Mağaradan qaçan terroristlərin bu silahları aparmaq istədkləri, lakin bunu bacarmadıqları ehtimal olunur.

TSQ-nın dəstək verdiyi Azad Suriya Ordusu (ASO) döyüşçüləri də terrorçulardan təmizlənən ərazidə böyük tunellər aşkarlayıb. Tunellərə girən döyüşçülər "tələ" ehtimalına qarşı atəş aça-aça irəliləyir.


Terrorçuların Türkiyə sərhədinə yaxın mövqelərdə inşa etdiyi beton baryer və tunellər isə "Fırtına" topları ilə dağıdılır.


PYD/YPG-nin bu nöqtələri 24 saat atəş altında saxlanılır.


Bu hədəflər PUA-lar vasitəsilə aşkar edilib.
 

X

XƏBƏRLƏR
BÖYÜT