ABŞ səfiri Kürdəmirdə olub
18:04 – 13 Fevral, 2018

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Kürdəmirdə olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, ABŞ səfiri və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov bu gün Kürdəmir və Füzuli rayonlarından olan 40 gənc üçün Karyera Gününün açılışını ediblər. Açılışda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri də iştirak ediBlər.

 

Sonra diplomat Kürdəmir Amerika Mərkəzində Karyera Gününün gənc iştirakçıları ilə bir araya gəlib, onların arzularını öyrənib və güclü gələcək qurmaları üçün ideya və resurslar təklif edib.

 

Səfir Sekuta 1991-ci ildən ABŞ-ın Azərbaycana 1,3 milyard dollardan çox yardım göstərdiyini və bunun 125 milyon dollarının məcburi köçkünlərə ayrıldığını qeyd edib. Daha sonra səfirliyin əməkdaşları 3D printerlər və robotlar kimi ən son texnoloji avadanlıqları Kürdəmir Amerika Mərkəzində quraşdırıb. Sonra isə gəclərə karyera inkişafı resursları və ABŞ-da mübadilə və təhsil imkanları mövzusunda müxtəlif təqdimatlar keçirilib.

 

X

XƏBƏRLƏR
BÖYÜT