Fələstindən sürpriz açıqlama: İsraillə danışıqlara hazırıq!
11:17 – 14 Fevral, 2018

"Fələstin İsraillə üçüncü tərəfin təşkil edəcəyi birbaşa danışıqlara hazırdır. Moskva və ya Soçi bunun üçün neytral meydança ola bilər". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Fələstin XİN rəhbəri Riyad əl-Maliki bildirib.

 

"Hesab etmirəm ki, bu cür danışıqlar Qüdsdə keçirilməlidir" - deyə, diplomat bildirib.

 

Riyad əl-Maliki İsrail tərəfinə qeyd olunan variant üzərində düşünməyə və təklifi müsbət qəbul etməyə çağırıb.  

 

Bundan əvvəl Fələstin liderinin xarici siyasət məsələləri üzrə müşaviri Nabil Şaas bildirib ki, Fələstin xarici tərəfdarlarla İsraillə münaqişənin nizamlanmasının yeni çoxtərəfli formatının yaradılması üzərində çalışır.

 

X

XƏBƏRLƏR
BÖYÜT