Yeni vergi siyasəti olacaqmı? - MÜZAKİRƏ
14:49 – 14 Fevral, 2018

Azərbaycanda yeni vergi sistemi tətbiq ediləcəkmi? Hansı vergi siyasətində hansı dəyişikliklərin baş verməsi gözlənilir? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə olunub.

 

İqtisadçı ekspert Samir Əliyev deyib ki, hazırda vergi sistemində yumşalmaların şahidiyik. Ekspert hesab edir ki, Vergilər naziri Mikayıl Cabbarovun son açıqlamasında qeyd etdiyi stimullaşdırıcı vergi siyasəti vergi dərəcələrinin aşağı salınması ilə bağlı ola bilər: "Sahibkar anlamalıdır ki, sabah mən gəlirlərimi rəsmiləşdirsəm, məndən əlavə xərc tələb olunmayacaq".  

 

Samir Əliyev simvolik verginin tətbiq edilməsini təklif edir: "Demək ki, ayda 5 manat vergi ödəyirsən. Bu adam başlayacaq hər ay vergini ödəməyə və hesab edəcək ki, qanunu pozmur". Ekspert həmçinin hesab edir ki, ödənilən vergini dövlətin pulu kimi xarakterizə etmək düzgün deyil.   

 

Samir Əliyev hesab edir ki, elektron qaimənin tətbiqinə yenidən baxmaq lazımdır: "Hansıa bir müəssisədir, bazardan meyvə alır, gəlib onu məhsula çevirib satır. Amma orada elektron qaiməni tətbiq edə bilməyəcək. Bir sıra sahələr var ki, orada elektron qaiməyə ehtiyac yoxdur".  İqtisadçı ekspert bundan başqa kommunal xidmətlər üzrə paylayıcı şəbəkələrin özəlləşdirilməsinə münasibət bildirib, bu prosesin dövlət büdcəsi üçün faydalı tərəflərindən danışıb.

 

"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hesab edir ki, dövlətin yaratdığı şərait hesabına gəliri olan hər kəs vergi verməlidir. V.Rəhimzadə xırda sahibkarların vergi ödəməsinə toxunub: "Xırda sahibkar təbii ki, gəlir əldə edirsə, gəlirə uyğun vergini birmənalı şəkildə ödəməlidir. Böyük bir vergi ödəyicisi kimi qeydə alasan, qarşısına tələblər qoyasan, bu təbii ki, dövlətin kənd təsərrüfatı ilə bağlı verdiyi qərarlara fəsadlar verəcək".

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT