PYD terrorçuları gizli tunellərdən hücuma keçdi: AFRİNDƏ ŞİDDƏTLİ DÖYÜŞLƏR
15:36 – 14 Fevral, 2018

"Zeytun budağı" əməliyyatının 26-cı günündə Suriyanın şimalında məhv edilən PYD/YPG terrorçularının sayı 1485-ə çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb.

Son əməliyyat günündə daha 46 terrorçu zərərsizləşdirilib. Bundan əlavə Afrinin 5 qəsəbəsi də daxil, təmizlənən yaşayış məntəqələrinin sayı 52-yə çatıb. Bu ərazilərdə 14 mühüm yüksəklik də ələ keçirilib.

TSQ və Azad Suriya Ordusu (ASO) döyüşçülərinin təmizlədiyi Bekova kəndinə bir qrup terrorçunun etdiyi hücumun qarşısı alınıb. Kiçik Darmıq dağındakı yüksəkliklərdən kəndə soxulmaq istəyən 13 terrorçu öldürülüb. Adı çəkilən yaşayış məntəqəsi Türkiyə sərhədinə çox yaxındır.

Əməliyyatdan sonra PYD/YPG məxsus hədəflər və tunellər aşkar edilib və Türkiyə ərazisindən top atəşləri ilə dağıdılıb.

Bundan əlavə Afrinin ən böyük yaşayış məskənlərindən olan və üç gün öncə ələ keçirilən Bülbül qəsəbəsi yaxınlığında TSQ və ASO döyüşçüləri ilə PYD/YPG terrorçuları arasında şiddətli döyüş olub. Türkiyənin Kilis bölgəsi ilə sərhəddə baş verən döyüşdə 25 terrorçu məhv edilib. Toqquşmaların getdiyi ərazidəki bu terror hədəfləri də Türkiyə ərazisindən vurulub. Uğurlu əməliyyatdan sonra ASO birliklərinin Afrinin mərkəzinə doğru hərəkəti üçün əlverişli şərait yaranıb.

ASO birlikləri eyni zamanda strateji Cinderes bölgəsindəki PYD/YPG mövqelərini atəş altında saxlayır. Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Deviyyə kəndi yaxınlığındakı üç yüksəkliyi bombalayıb. 

X

XƏBƏRLƏR
BÖYÜT