AMEA-da prezident seçkiləri ilə bağlı toplantı keçirilib
16:38 – 14 Fevral, 2018

Azərbaycan Milli Elmlər Akademiyasında prezident seçkiləri ilə bağlı toplantı keçirilib.

 

APA TV-nin xəbərinə görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadov elm sahəsində aparılan islahatlardan danışıb.

 

O, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən alimlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, elm adamlarının qarşıdakı prezident seçkilərində Azərbaycan prezidenti İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini ifadə edib.

 

Tədbirdə çıxış edən AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə bildirib ki, prezident İlham Əliyevin əməli fəaliyyəti nəticəsində Azərbaycan yüksək inkişaf mərhələsinə çatıb: "Prezident İlham Əliyevə səs vermək Azərbaycanın inkişaf tarixinin qırılmadan sabit şəkildə davam etməsinə səs verməkdir”.

 

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov hər bir Azərbaycan gəncini prezident İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyib.

 

Toplantı çıxışlarla davam etdirilib.

X

XƏBƏRLƏR
BÖYÜT