Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinin ticarət elçisini qəbul edib
16:03 – 14 Fevral, 2018

Azərbaycan prezidenti İlham Əliyev fevralın 14-də Böyük Britaniyanın baş nazirinin ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edib.

 

APA TV-nin məlumatına görə, dövlət başçısı Baronessa Emma Nikolsonun Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasında iştirakına görə minnətdarlığını bildirib.

 

Görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, BP şirkəti ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edib.

 

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfənin, "Cənub Qaz Dəhlizi" layihəsinin önəmi vurğulandı, layihə ilə bağlı Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasının əhəmiyyəti qeyd edilib.

 

X

XƏBƏRLƏR
BÖYÜT