Bakıda civə satmaq istəyən şəxslər tutuldu
17:19 – 14 Fevral, 2018

Bakıda civə satmaq istəyən şəxslər saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi və DTX-nın yerli idarəsinin əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat nəticəsində Ağcabədi rayon sakinləri Tuqay İmanov, Adəm İsmayılov və əvvəllər məhkum olunmuş Hacı Qurbanov 400 qram civəni satmaq istəyən zaman cinayət başında saxlanılıblar.

 

Araşdırma zamanı məlum olub ki, əvvəlcə A.İsmayılov onda civə olması barədə digər dəstə üzvlərinə məlumat verib. Daha sonra H.Qurbanov həmin civəyə müştəri tapıb satmağı və əldə edilən pulu 3 nəfər arasında bölməyi təklif edib.

      

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

X

XƏBƏRLƏR
BÖYÜT