Tovuzda 2 yaşlı uşaq yanıb
17:31 – 14 Fevral, 2018

Tovuzda 2 yaşlı uşaq yanıq xəsarətləri alıb.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Hunanlar kənd sakini, 2016-cı il təvəllüdlü Nuray Elman qızı Quluzadə evdə nəzarətsiz qalan zaman içi qaynar su ilə dolu qazanı üzərinə aşırıb.

 

Uşaq ikinci dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

X

XƏBƏRLƏR
BÖYÜT