Həyətində at kəsərkən yaxalandı
18:05 – 14 Fevral, 2018

Balakəndə at əti aşkarlanıb.

 

APA TV-nin  məlumatına görə, bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinin (DİN)  Karantin Polisi və rayon Baytarlıq İdarəsinin əməkdaşlarının birgə keçirdiyi reyd zamanı rayonun Qabaqçöl qəsəbəsində 1970-ci il təvəllüdlü Nurullah Nürəddin oğlu Cirinqovun yaşadığı evin həyətyanı sahəsində kəsilmiş və dərisi soyulmaq üçün ağacdan asılı vəziyyətdə olan at cəmdəyi aşkar edilib.

 

Balakən Rayon Baytarlıq İdarəsinin rəisi Sucəddin Cəfərovun dediyinə görə, reyd zamanı atın antisanitar vəziyyətdə kəsilməsi məlum olub. Baytarlıq İdarəsinin əməkdaşları ümumi çəkisi 85-90 kq olan kəsilmiş at cəmdəyindən nümunələr götürərək analiz edilməsi üçün Respublika Baytarlıq Laboratoriyasına göndəriblər. Analiz üçün götürülmüş nümunələrin cavabları gəldikdən sonra at ətinin qida kimi istifadəsinin mümkün olub-olmadığını söyləmək mümkün olacaq.

 

Nurullah Cirinqov isə APA TV-yə bildirib ki, atı satmaq üçün deyil, ailəsinin qidaya olan tələbatını ödəmək üçün kəsib.

X

XƏBƏRLƏR
BÖYÜT