Zərdabda aprel şəhidi Nurlan Abdullazadə anılıb
18:16 – 14 Fevral, 2018

Bu gün Zərdabda aprel şəhidi Nurlan Rasim oğlu Abdullazadə anılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, tədbir şəhid məzarının ziyarət edilməsi ilə başlanıb.

 

Anım mərasimində Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndələri, ictimaiyyət nümayəndələri və Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani iştirak edib.

 

Böyük Dəkkə kənd qəbiristanlığında keçirilən mərasimdə çıxış edənlər ailənin yeganə oğlan övladı olan 1994-cü il təvəllüdlü Nurlan Abdullazadənin döyüş yolundan söz açıb, qəhrəmanlığı barədə geniş məlumat veriblər. Çıxışlarda torpaqlarımızın azadlığı uğrunda şəhid olan Nurlanın əziz xatirəsinin əbədi olaraq qəlblərdə yaşayacağı vurğulanıb.

 

Qeyd edək ki, şəhid Nurlan Abdullazadə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.

X

XƏBƏRLƏR
BÖYÜT