Afrin əməliyyatı: Türkiyə - ABŞ müharibəsi
18:21 – 15 Fevral, 2018

Afrin əməliyyatının başlamasından təqribən bir ay keçir. Ötən müddət ərzində Afrin bölgəsinin xeyli hissəsi kürd terrorçulardan azad edilsə də, nəticələr qənaətbəxş deyil. Proseslərin təhlili əməliyyatın hələ aylarla davam edə biləcəyini göstərir. Afrin əməliyyatı başlamazdan əvvəl Suriyada Rusiya və İranla birgə hərəkət edən, Əsəd rejiminə loyal münasibət bəsləyən Türkiyə, əməliyyatdan sonra tək qalıb. Nə Moskva, nə Tehran Ankaranın Afrində keçirdiyi əməliyyatı dəstəkləmir, hətta belə desək Türkiyənin məğlubiyyəti üçün dua edirlər. Həm də təkcə dua etmirlər, Əsəd rejimi belə Türkiyəyə qarşı PYD/YPG terrorçuları ilə əməkdaşlığa başlayıb. Menbiçdəki kürd terrorçular Əsədin nəzarətində olan ərazilərdən keçərək Afrinə toplaşırlar. ABŞ-ın mövqeyi məlumdur, Pentaqon kürd terrorçuları bölgədə yeganə müttəfiqi görür və önümüzdəki dönəmdə PYD/YPG terrorçularına yarım milyard dollar yardım ayırmaq qərarına gəlib.  APA TV-nin “Panoram” layihəsinin növbəti buraxılışında Afrin əməliyyatı ətrafındakı beynəlxalq vəziyyəti müzakirə edilib.

 

Politoloq Rufiz Hafizoğlu deyib ki, Afrin əməliyyatı və Afrin Türkiyə və ABŞ arasında olan bir savaş meydanıdır: “Burada iki oyunçu var. Əsas oyunçulardan biri Amerikadır, digəri isə Rusiyadır. Amerikaının Suriyada maraqları bölgədə sadəcə kürd dövləti yaratmaq deyil. Bunun hədəflərindən biri də bölgədə, daha doğrusu Suriyada İranın maraqları, və yaxud İranyönlü qüvvələrin sıxışdırılması və çıxarılmasıdır”.  Politoloq hesab edir ki, bu baxımdan etnik baxımdan istifadə edlən ən əlverişli qüvvə kürdlər idi.

 

Politoq deyib ki, İran Afrin əməliyyatından ehtiyatlanır və maraqlarının itməməsi üçün sərt bəyanatlarla çıxış edir. “Afrin əməliyyatında Türkiyəyə təsir edə biləcək hər hansı bir qüvvə müsbət və ya mənfi olaraq Rusiyadır. Afrində Türkiyə üçün terrorçu qruplaşmalar var, Türkiyənin təhlükəsizliyi üçün ciddi maneə yaradırlar. Əgər Afrindən həmin terrorçular çıxarılarsa və həmin bölgələr rejimə təhvil verilərsə, bu Türkiyənin keçirdiyi hərbi əməliiyatların qarşısında sədd olacaq. Dolayısı ilə Afrin əməliyyatlarının gedişatı nə Amerika, nə İran, nə də digər bölgədən asılı deyil. Afrin əməliyyatının davamiyyəti əslində Rusiyadan asılıdır”.

 

Rufiz Hafizoğlu bundan başqa Afrin əməliyyatı məsələsində İsrail və Səudiyyə Ərəbistanının da mövqeyindən  danışıb.   

 

“Panoram” layihəsinin növbəti buraxılışını tam olaraq ww.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT