Elnarə Abdullayeva canlı efirdə ərindən neçə yaş böyük olduğunu AÇIQLADI
13:36 – 21 Fevral, 2018

Azərbaycanda şou üstündür, ya sənət? İfa, ya təqdimat önəmlidir?  APA TV-nin "Showtime" layihəsinin növbəti buraxılışında bu və digər sualları Əməkdar artist Elnarə Abdullayeva və müğənni Kərim Abbasov cavablandırıblar.

 

Müğənni Kərim həmkarı Rəhim Rəhimli ilə qalmaqala aydınlıq gətirib: "Çıxıb maqazin proqramlarının birində demək ki, Kərim 30 nəfərin içində söz deyə bilər, ağzının danışığını bilməyə bilər. Mən dedim bu nə danışır? Sən 9 milyonun qarşısına çıxıb mənə deyirsən ki, ağzının danışığını bilmirsən. Camaat mənim etik normalarından danışır, danışıq mədəniyyətimdən danışır. Mənim üçün Zeynəb Xanlarova, SSRİ-nin Xalq artisti bu boyda məqalə çıxarıb. Sonra mən ona cavab verirəm, bunun əsnasında qayıdıb deyir ki, hansısa şəxsi söhbətləri gündəmə gətirmək tərbiyəsizlikdir. Bilirsiniz, onun 41 yaşı var, mən hər halda ondan 4 bayram balacayam. İnsan bunu dərk eləməli idi və zəng vurmalı idi". Kərim hesab edir ki, bu Rəhim Rəhimlinin özü üçün etdiyi ucuz reklamdır.  "Mən nə Natəvanla, nə Rəhimlə, nə də qeyrisi ilə qalmaqal yaşamaq istəmirəm. Mənim 37 yaşım var"  - müğənni Kərim belə deyib.

 

Əməkdar artist Elnarə Abdullayeva danışıq tərzi ilə bağlı ona irad tutanlara münasibət bildirib: "Mən kənddən gəlmişəm, mən şəhərdə böyüməmişəm, axı, sözün düzü. Tutalım mən bu gün deyim ki, "gələcəm", "bilirsiniz, getməliyəm"... Məni kənddə-kəsəkdə tanıyanlar deməyəcək ki, bu qız dəli olub, bu nə danışıqdır? Mən o danışığa pis baxmıram, nazlı danışıqdır. Amma mənim danışığım deyil axı, mən kənddən gəlmişəm. Mal-heyvanın yanında böyümüşəm. Mən kənddə böyüməyimlə fəxr edirəm. İndi mən nə təhər danışım?"

 

"Showtime" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT