Afrində son durum: Türkiyəni Əsədlə müzakirə masasına kim sürükləyir?
17:57 – 23 Fevral, 2018

Ötən həftə ərzində Suriya münaqişəsində proseslər son dərəcə dinamik inkişaf edib. Əsəd rejiminin PYD/YPG terrorçuları ilə danışıqlar aparması faktı təsdiqlənib, Suriya qoşunları Afrin ərazisinə daxil olmağa başlayıb, Türkiyə PYD terrorçularının Menbiçdən Afrinə daxil olmasının qarşısını almaq üçün hava hücumlarını artırıb. Bundan başqa Türkiyə təhlükəsizlik orqanının - MİT-in rəhbəri Hakan Fidanın Suriya təhlükəsizlik qurumunun rəhbəri ilə Hmeymim hərbi bazasında görüşü barədə məlumatlar yayılıb.  Görüş Rusiyanın vasitəçiliyi ilə baş tutub. Bundan başqa Suriya təhlükəsizlik qurumu rəhbərinin gizli olaraq ABŞ-a getdiyi, məxfi danışıqlar apardığı bildirilir. Ötən həftə ərzində ABŞ rəsmiləri Türkiyəni Əsəd rejimi ilə danışıqlara başlamağa çağırıblar. Türkiyəni Əsədlə, Əsədi ABŞ-la müzakirə masasına kim sürükləyir? Afrində Türkiyəyə qarşı PYD-Əsəd əməkdaşlığı fayda verəcəkmi? İran Əsədin ABŞ-la birbaşa danışıqlara başlamasına razı olacaqmı?  APA TV-nin "Panoram" layihəsinin növbəti buraxılışında bu və digər məsələlər Oğuz Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu ilə birlikdə müzakirə edilib.

 

"Panoram" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.   

 

X

XƏBƏRLƏR
BÖYÜT