Rus bölməsində bu il bütün yerlər tutulub - EKSPERT
17:26 – 27 Fevral, 2018

Son günlər mediada və eləcə də sosial mediada, rus bölməsində təhsil alan şagirdlərin rastlaşdıqları problemlərlə bağlı fikirlərə rast gəlirik. Bu gün valideynlər arasında övladını rus bölməsinə qoyanların sayı getdikcə artır. Lakin bu valideynlərin heç də hamısı rus dilini bilmir. Bəs, valideynlərin öz övladlarını rus bölməsində oxutmaq istəyi nədən qaynaqlanır? Rus dilini bilməyənlərin övladları rus bölməsinə qəbuldan kənarlaşdırıla bilərmi?  APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu və digər suallara aydınlıq gətirib.

 

Təhsil üzrə ekspert Kamran Əsədov deyib ki, rus bölməsində təhsil alanların sayı kifayət qədər çoxdur: "Eyni zamanda 2009-cu ildə qəbul edilən qanunda da göstərilib ki, xarici dil fənni kimi rus fənni tədris olunur. 32% şagird xarici dil fənni kimi rus dili fənnini öyrənir".  Təhsil eksperti bununla belə rus bölməsinə üs tutan şagirdlərin problemlərini də qeyd edib: "Bizim övladlarımız Azərbaycan dilində danışırlar, anlayırlar, amma yaza bilmirlər. Təsəvvür edin, heç bir biliyi, anlayışı olmayan şəxs rus dilindən. Valideyni istəyir ki, övladı rus dilində danışsın, rus dilindən. Övladını qeydiyyatdan keçirir birinci sinif rus bölməsinə. Şagird sentyabrın birindən dərsə başlayır, sinifdə 30 nəfərdir. 15 nəfər səlist rus dilini bilir, 15 nəfərin ümumən rus dilindən anlayışı yoxdur. Təhsilin keyfiyyəti aşağı düşəcək. Bu uşaqlarda biz həm yazma, həm anlama, həm də danışıq qabiliyyətini formalaşdırmalıyıq". Ekspert təklif edir ki, bu problemlə qarşılaşmamaq üçün həmin uşaqlar bağçalarda da rus bölməsi üzrə təhsil almalıdır.

 

Kamran Əsədov hesab edir ki, rus bölməsində aparılan təhsilin səviyyəsi Azərbaycan bölməsindəki səviyyədən üstündür.   

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq, www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT