Zeynəb Xanlarovadan sonra Türkiyədə məni tanıyırlar
10:42 – 28 Fevral, 2018

Kimlərə sənətkar demək olar? Sənətkarın dəyəri hansı meyarlarla ölçülür? Bu və digər sualları APA TV-nin "Showtime" layihəsinin növbəti buraxılışında  aparıcı, prodüser Aynur Əliyeva və müğənni Zenfira İbrahimova cavablandırıb.  

 

Müğənni Zenfira İbrahimova deyib ki, Türk müğənnisi İbrahim Tatlısəsin yanına getməsi, tamamilə təsadüfən olub: "Mən o insan görmüşəm və gördüyüm andan ayaqlarım da donmuşdu, özümü də itirmişdim. Mən onun sənətinin vurğunu olmuşam, mən onun sənəti ilə çörək qazanmışam. Hələ çıxartmışdılar ki, 200.000 verib, İbrahim Tatlısəs ağlayıb. Bu düzgün deyil, axı. O boyda sənətkara necə deyə bilərsən ki, sən Allah ağla. Onun 200.000-ə ehtiyacı var ki?"

 

Zenfira İbrahimova müğənni ilə ailə qurmaq məsələsinə belə münasibət bildirib: "Elə müğənni xanımlar var ki, çoxundan qeyrətlidir. Kişilərin hamısından qeyrətlidir. Bəzi şou-biznesdə kişilər var ha, onların hamısından qeyrətlidir".

 

Aparıcı, prodüser Aynur Əliyeva Pərvin Abıyeva ilə bağlı söylədiyi fikirlərə aydınlıq gətirib: "Mən onu təhqir eləsəm, məhkəməyə müraciət edə bilər. Amma mən o xanımı heç vaxt təhqir etməmişəm. Münasibətim xoşdur, bu sahə olduğu üçün həmkar deyə bilərəm". 

 

"Showtime" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT