Bayram ərəfəsində turist axını ilə bağlı hansı işlər görülür?
17:37 – 28 Fevral, 2018

Qeyri-neft sektorunun inkişafını hədəfləyən istiqamətlərdən biri də turizmdir. Prezident İlham Əliyevin ixtisaslaşmış turizm sənayesinin inkişafına dair imzaladığı Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlər sırasında Milli Turizm Təbliğat Bürosunun yaradılması xüsusi əhəmiyyət kəsb edir. Çünki Büronun yaradılmasında əsas məqsəd Həm işgüzar, həm də istirahət məqsədilə ölkəyə gələn turistlər arasında beynəlxalq tanınmaya nail olmaq və Bakı şəhərinin turizm potensialını artırmaqdır. Artıq büronun fəaliyyətə başlamasından bir il ötür. Bu bir il ərzində Büro ölkəyə turist cəlb etmək üçün nə kimi işlər görüb, qarşıya qoyulan hədəflərə nail olubmu? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında Milli Turizm Təbliğat Bürosunun fəaliyyətindən danışılıb.

 

 Milli Turizm Təbliğat Bürosunun əməkdaşı Kənan Qasımov deyib ki, hazırda ölkənin turizm imkanlarının təbliğ edilməsi baxımından əlverişli şərait yaranıb: "Ümumilikdə götürəndə Bakı şəhərinin çox təəssüf ki, bu günə kimi hələ brendi formalaşdırıla bilməyib. Bredinq konkret loqo və sloqan deyil, brendinq şəhərin simasını göstərməlidir. Bu təkcə bir dövlət qurumundan asılı deyil. Burada koordinasiyalı əməkdaşlıq tələb olunur. Bütün dövlət qurumları bu prosesin tərkib hissəsi olmalıdırlar".   

 

Kənan Qasımovun sözlərinə görə son illər Çin və Hindistandan Azərbaycana olan maraq artıb: "Eyni zamanda Azərbaycanın həmin ölkələrdə kifayət qədər böyük marağı formalaşıb". 

 

Qurum rəsmisi həmçinin hazırlanması nəzərdə tutulan "Baku card"la bağlı danışıb. O deyib ki, həmin kartları əldə edən insanların müxtəlif məkanlar barədə məlumat əldə etmək imkanları genişlənmiş olur: "Müəyyən bir qiymət qarşılığında alınan kartlar onlara həmin obyektlərdən güzəştli şərtlərlə istifadə etmək imkanı yaradır".  

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT