Sosial şəbəkə: fərdi, yoxsa ictimai maraq? - MÜZAKİRƏ
12:46 – 01 Mart, 2018

Sosial şəbəkələr son dövrlərdə həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. İnsanlar artıq öz fikirlərini rahat şəkildə ifadə edə bilir, iradlarını bildirir, hətta təhqirlərə belə yol verirlər. Bəs sosial şəbəkədə nə daha çox üstünlük təşkil etməlidir, fərdi, yoxsa ictimai maraq? APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə olunub.

Tədqiqatçı, jurnalist İsmayılov deyib ki, “facebook”da daha çox fərdi maraqlar ön plandadır: “Bu insanın vətəndaşlıq məsuliyyətindən gələn bir şeydir. İctimai maraqlara xidmət funksiyası nəinki Azərbaycanda, ümumiyyətlə dünyada aktual deyil. Əsas informasiya savaşı “twitter” mikrobloqları üzərindən gedir... Bir junalistin yazdığı bir status, və yaxud atdığı bir “twit” bəzən döyüşdə, cəbhədə əsgərin atdığı bir gülləyə bərabər olur”. Jurnalistin fikrincə sosial şəbəkələrdə tarixi şəxsiyyətlər, hadisələr haqqında fikirlər yazanda insanları qıcıqlandırmaq olmaz: “Xocalı faciəsinin ildönümündən 2 gün keçir və sual verilir buna necə gülmək olar? Vaxtilə sən özün insan haqqlarından, guya ki, fərqli fikirdə olan adam ların hüquqlarını müdafiə edirsən”.  

Milli Fikir Mərkəzinin rəhbəri Şəhriyar Məcidzadə hesab edir ki, “informasiya savaşı” anlayışı düzgün mənanı ifadə etmir: “Ermənilər bizə qarşı yönəltmiş oludqları informasiya savaşında bundan istifadə edirlər, qurban obrazını yaradırlar. Qurban obrazında görünmək bizim içimizi ağrıdır”. Ş.Məcidzadənin sözlərinə görə insanların razı olduqları həqiqət, razı olmadıqları propaqandadır: “Və insanlar nə ilə razı olmadıqlarını danışırlar”.  Ş.Məcidzadə hesab edir ki, bəzi sosial şəbəkə istifadəçiləri ümumiyyətlə sosial məsuliyyətlərini dərk etmirlər.

Bloqqer Mələk Hacıyeva deyib ki, müəllifi və idarəçisi olduğu bloqun fəaliyyəti və onun ictimai xüsusiyyətlərindən danışıb.

“İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT