Əlacsızların yanması - MÜZAKİRƏ
13:28 – 05 Mart, 2018

Bildiyiniz kimi, mart ayının 2-də Bakı yerləşən Narkoloji Dispanserdə baş verən yanğın 25 nəfərin həyatına son qoydu. APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsində baş vermiş hadisə müzakirə edilib, maraqlı fikirlər səsləndirilib.

 

Əməkdar jurnalist Azər Həsrət bu məsələdə hər kəsi təmkinli davranmağa səsləyib: "Siz görürsünüz, media üzərindən manipulyasiya gedir, insanları azdırmağa, çaşdırmağa çalışırlar. Komissiyanın qərarını gözləmək lazımdır".

 

Psixoterapevt Firdovsi Əliyev deyib ki, sözügedən dispanserdə xəstələrin əl-qollarının mütəmadi olaraq bağlanmış halda çarpayıya təhkim edilməsi inandırıcı deyil.

 

Aktrisa Mələk Heydərova hesab edir ki, yanğınla bağlı sosial şəbəkələrdə istifadəçilər tərəfindən daha çox aqressiya nümayiş etdirildi: "Burada medianı günahlandırıram. Açıqlamalar verilmir, bizim media susur. Şəkillər paylaşılır yanğın vəziyyətində, yaxud birinin bacısı fəryad edir. Bunu bu qədər paylaşıb, onun üzərindən reklam qazanmaq olmaz". 

 

"İlham Tumasla  40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT