Aşıq Samirə YENİDƏN AİLƏ QURDU? – “İndi xoşbəxtəm”
16:39 – 06 Mart, 2018

Sosial şəbəkələr məşhurların gündəlik həyatına necə təsir edir? İzləyicilər üçün əlçatan olmaq yaxşıdır, ya pis? APA TV-nin "Showtime" layihəsinin növbəti buraxılışında bu və digər sualları aşıq Samirə Əliyeva və meyxanaçı Vüqar Əbdülov cavablandırıblar.

 

Aşıq Samirə "İnstagram" səhifəsini nə üçün bağladığını belə izah edib: "Ona görə açmışdım ki, öz sözümü saytlarla yox, birbaşa camaatla ünsiyyətə girərək deyim. Ona görə sildim ki, nə deyim, danışım, nə saytlar pis olsun, nə mən pis olum".  Samirə şəxsi həyatı ilə bağlı bəzi məqamları da bölüşüb: "Xoşbəxtlik həyatımda çoxdur, amma bütövlük tam deyil, aradabir sıxıntı verir o ağrı adam... Bircə çatışmayan nədir? Həyat yoldaşı. Normal bir şeydir, normal qəbul edirəm. Barışmışam taleyimlə". Yenidən ailə qurardınızmı sualına aşıq Samirənin cavabı belə olub: "Bu kitab bağlanıb. Yox, yox, yox, ayıbdır. Maşallah bu gün-sabah qızıma elçi gələcəklər".

 

Müğənnilərin geyim tərzinə münasibət bildirən Vüqar Əbdülov deyib ki, sənətçinin işi ilə əlaqədar çox şey geyinə bilər: "Sənətçidən əlavə biz həm də aktyoruq. Obrazdan kənar dəbdəbəli üstünlük vermirəm, dəbdəbəli rəngləri əynimdə görmürəm, həmişə çalışıram ki, tünd kostyumda, ağ köynəkdə olum".  

 

Showtime" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT