Novruz bayramı haqqında bilmədiklərimiz! - MÜZAKİRƏ
12:52 – 07 Mart, 2018

Baharın müxtəlif elementləri, simvolları var ki, hər il adət-ənənələrə uyğun olaraq onları qeyd edirik. Bəs Novruzun hələ də açılmayan sirləri, dərin qatlarda gizlənən və bizə bəlli olmayan ənənələri varmı? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında Novruzun bu günə qədər gizli qalmış adət-ənənələrindən danışılıb.   

 

Etnoqraf, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev deyib ki, novruzun dini görüşlərlə əlaqəsi yoxdur: "Novruz sırf astronomik bayramdır... Birbaşa təbiət bayramıdır. Birbaşa inanclara görə Novruzu hər hansı bir xalqın bayramı, yaxud inancın bayramı kimi qələmə vermək düzgün deyil". Novruzda od amilindən danışan Bəhmən Əliyev qeyd edib ki, bir zamanlar Azərbaycanda hətta sürüləri belə odun içindən aparırmışlar: "Tonqal qalayıb sürüləri odun içindən keçiriblər ki, sürülərin azar-bezarı getsin". Etnoqraf onu da deyib ki, Novruz həm də Azərbaycan qədim dövlətçilik ənənələri ilə bağlı olan bir bayramdır.

 

Etnoqraf, tarix üzrə fəlsəfə doktoru İlhamə Məmmədovanın sözlərinə görə əslində təkcə yaz deyil, ilin bütün fəsillərinin gəlişi ilə bağlı bayramlar mövcuddur: "Payızın gəlişi ilə əlaqədar "mehriqan" - məhsul bayramı keçirirdilər". Etnoqraf deyib ki, novruzun zərdüştlərlə əlaqələndirilməsi düzgün deyil: "Bu ibtidai dövrdən gələn bir bayramdır. Amma sonradan bu bayramı öz təsiri altına alıblar. Xüsusilə Zərdüştlük zamanında bayramı sistemləşdiriblər, özlərinə uyğunlaşdırıblar".

 

Keçəl və Kosa personajlarına toxunan İlhamə Məmmədovanın sözlərinə görə tarixdə bu personajlarla bağlı hər hansı faktlara rast gəlinməyib.

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT