Uşaqlarımıza düzgün cinsi tərbiyə veririkmi?
16:54 – 09 Mart, 2018

Uşaqlara qarşı cinsi istismar hallarının artması onlara düzgün cinsi tərbiyə verə bilməməyimizdən, bu kimi mövzuların üstündən həmişə üstüörtülü keçməyimizdən qaynaqlana bilərmi? Böyüklər himayələrində olan uşaqları cinsi təcavüzdən, istismardan qorumaq üçün nə etməlidirlər? Uşağa nələri öyrətmək lazımdır, axı bəzən təcavüz uşağın tanıdığı və ya etibar etdiyi birisindən də gələ bilər. Bəs bunu uşağa necə izah etmək lazımdır? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu və digər suallara aydınlıq gətirilib.

 

Həkim-psixoloq Təranə Kazımova deyib ki, uşaqların cinsi tərbiyəsinə erkən yaşlarından başlamaq lazımdır: "Bizdə düzgün tərbiyə olunmur. Nə yazıq ki, bizdə oğlan uşaqlarına xüsusi yanaşma var ki, oğlandır, nə etsə olar, ayıb deyil. Amma qız uşaqlarına daha çox hər şey ayıbdır, üstüörtülü... Hər bir uşaq artıq 3,5-5 yaşç dövründə öz bədən üzvlərini tanımağa başlayır. Qız uşağı bilir mənim fərqim nədir qardaşımdan, yaxud ailədə olan kişi cinsindən. Oğlan uşağı da həmçinin baxır ananın orqanlarına və görür ki, onda fərqlidir. Cinsəl tərbiyə artıq bu yaşdan başlayır, "mən" formalaşır".  Həkim-psixoloq deyib ki, uşaq artıq 3 yaşından özəl bölgələrinin olduğunu bilməlidir: "3 yaşında izah elədiyimizdə, 4 yaş fərqlidir. Yəni hər yaşa uyğun izah etmək lazımdır". T.Kazımova deyib ki, valideyn uşağın suallarına "ayıbdır", "bu söhbəti bağlayaq" kəlmələri ilə reaksiya verməməlidir: "Yaxşı olardı ki, valideyn həmin dövrdə sualı qəbul eləsin, şoka düşməsin. Düşsə belə bunu uşağına bildirməsin. Ola bilsin qızına desin ki, biz bu mövzuda başqa vaxt oturub, səninlə söhbət edək".

 

Təranə Kazımovanın sözlərinə görə erkən yaşlarında cinsi istismarın nə olduğunu başa düşməyən uşaqlar, bunu daha çox sevgi və diqqət kimi qəbul edirlər.   

 

"Sosium" layihəsinin növbəti buraxılışı tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT