İran səfirliyinə soxulan şəxslər öz bayraqlarını sancdılar - LONDONDA
07:22 – 10 Mart, 2018

Martın 9-da İranın Londondakı səfirliyi hücuma məruz qalıb. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bir neçə nəfər səfirliyin eyvanına soxularaq İranın dövlət bayrağını çıxarıb və özləri ilə gətirdikləri iki bayraqla əvəzləyiblər.

İnsidentlə əlaqədar polis tərəfindən 4 nəfər saxlanılıb. Faktı təsdiqləyən İranın Böyük Britaniyadakı səfiri Həmid Baidinecat bildirib ki, hadisəni törədənlər “britaniyalı şiələr” sektasının üzvləri olub.

Məlumata görə, səfirliyə hücumu ayətullah Məhəmməd Şirazinin tərəfdarları edib. 2001-ci ildə vəfat edən Şirazi İranın sabiq ali dini lideri Ayətullah Xomeyninin əleyhdarı olub.

Skotland-Yard faktla bağlı hazırda araşdırma aparır.

X

XƏBƏRLƏR
BÖYÜT