Bakı polisi: Mitinqdə 1500 nəfər iştirak edib
18:19 – 10 Mart, 2018

Bakıda Milli Şuranın mitinqi keçirilib.

 

APA TV-nin xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçmiş “Məhsul” stadionunda baş tutub. Mitinqdə Müsavat Partiyası da iştirak edib.

 

Aksiya iştirakçılarının təhlükəsizliyi polis tərəfindən təmin olunub.

 

Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumata görə, martın 10-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

 

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min beş yüz)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

 

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

X

XƏBƏRLƏR
BÖYÜT