"Yel çərşənbəsi"ndə Bakıda güclü külək əsəcək, yağış yağacaq
12:42 – 12 Mart, 2018

Bakıda və Abşeron yarımadasında martın 13-də bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

 
Azərbaycanın rayonlarında martın 13-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 1-5, gündüz 7-12, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

 

X

XƏBƏRLƏR
BÖYÜT