Afrindən qaçan terrorçular tək-tək vurulur - SNAYPERLƏR ƏN VACİB YÜKSƏKLİKDƏ
13:25 – 12 Mart, 2018

"Zeytun budağı" əməliyyatının 52-ci günündə məhv edilən PYD/YPG terrorçularının sayı 3300-ə çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb.


Afrin yaxınlığında 13 kənd terrorçulardan təmizlənib. Beləliklə, Suriyanın şimalında PYD/YPG-dən təmizlənən yaşayış məntəqələrinin sayı 148 olub.
 

Afrinin mərkəzini mühasirədə saxlayan TSQ və Azad Suriya Ordusu (ASO) döyüşçüləri şəhərin yaxınlığındakı Bableit aeroportunu nəzarətə götürüb. Bundan başqa terrorçuların mövqe tutduğu bir neçə strateji yüksəklik də ələ keçirilib.

Onlardan ən əhəmiyyətlisi Bocite dağıdır. Ələ keçirilən yüksəkliklərdə böyük mağaralarda park edilmiş avtomobillər və  Afrinin mərkəzinə aparan tunellər aşkar olunub.

"Afrin əməliyyatı"nın az itki ilə yekunlaşması məqsədilə əraziyə minaların zərərsizləşdirilməsi üçün 50 ədəd xüsusi texnika gətirilib.

Bu əməliyyatlar nəticəsində Afrinin mühasirəsi 3 ayrı istiqamətdən möhkəmləndirilib. Şəhərin cənub istiqaməti isə dinc əhalinin çıxması üçün açıq saxlanılıb.

Afrindəki terror hədəfləri isə dəqiq raket zərbələri ilə vurulur.

 

Bu zərbələrdən sonra şəhərdən çox sayda terrorçunun qaçmaq cəhdlərinin qarşısı helikopterlər vasitəsilə alınır. Onların hərəkət istiqamətləri bombalanır.

Afrin yaxınlığındakı böyük zeytun bağlarında gizlənməyə çalışan terrorçular hava zərbələri ilə tək-tək məhv edilir.

X

XƏBƏRLƏR
BÖYÜT